İsrail ordusu Dəməşqə zərbə endirdiyini təsdiqləyib

İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın paytaxtı Dəməşqə zərbələr endirdiyini təsdiqləyib.

Zərbənin hədəfi Fələstinin İslami Cihad təşkilatının komanda mərkəzi olub.

"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Fələstinin İslami Cihad terror təşkilatının Dəməşqdəki komandanlıq mərkəzinə kəşfiyyat zərbəsi endirib", - Telegram kanalında yayılan bəyanatda deyilir.

İDF-nin məlumatına görə, komandanlıq mərkəzindən təşkilatın İsrail dövlətinə qarşı terror fəaliyyətinin planlaşdırılması və istiqamətləndirilməsi üçün istifadə edilib.

Mövsüm

Aznews.az