- Dünyanın halı
- 19:56
- 926
Tailandda avtobusun qəzaya uğraması nəticəsində 36 nəfər xəsarət alıb

Tailandın Petçaburi əyalətində avtobusun qəzaya uğraması nəticəsində 36 nəfər xəsarət alıb.
Bu barədə "Khaosod" qəzeti məlumat yayıb.
Qəzet yerli polis polkovniki Tip Khenqkumdan sitat gətirir: “Xarici turistləri daşıyan turist avtobusu idarəetməni itirərək elektrik dirəyinə çırpılıb”.
Araşdırma zamanı məlum olub ki, sürücü gecə avtomobil idarə edərkən özünü yorğun hiss edib və yuxuya gedib. Polkovnikin sözlərinə görə, avtobus sürüşərək yoldan çıxaraq iki qırılan yüksək gərginlikli elektrik dirəyinə çırpılıb. Nəticədə 15 taylandlı, 12 birmalı və 9 amerikalı yaralanıb.
Onların hamısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Mövsüm
Aznews.az