- Dünyanın halı
- 20:02
- 845
Pakistanda məscidə hücum nəticəsində 4 nəfər yaralanıb

Pakistanın Hayber Paxtunxva əyalətində məscidə edilən bombalı hücumda, o cümlədən Camiat əl-İslami Üləma (JUI-F) regional sədri Abdullah Nadim də daxil olmaqla 4 nəfər yaralanıb.
"Dawn" qəzetinə görə, polis məmuru Asif Bahadır, vilayət bölgəsinin cənubundakı Mevlana Abdul Əziz məscidinin minbərində gizlənən əl istehsalı partlayıcı (İED) olduğunu söyləyib.
Partlayış nəticəsində Jui-F bölgəsi Başçısı Nadim və 3 partiya üzvünün yaralandığını qeyd edən Bahadır, yaralılar müalicə üçün Regional Mərkəzi Xəstəxanasına aparıldığını bildirib.
Bahadır, hücumla əlaqədar istintaqın başladığını vurğulayıb.
Mövsüm
Aznews.az