Argentinada konqres qarışdı: Jurnalistlər ayağa qalxdı

Argentina prezidenti Xavier Mileinin kriptovalyuta qalmaqalı ilə əlaqəsi olduğu iddiaları Konqresdə xaosa səbəb olub.

Mileiyə qarşı impiçment proseduruna başlamaq istəyən müxalifət deputatları ilə hökumət deputatları arasında aparılan müzakirələr davaya çevrilib.

Sosial mediada təbliğ etdiyi kriptovalyutası dəyərinin 94 faizini itirən Mileyə qarşı impiçment prosesi hakim partiyanın təşəbbüsləri ilə təxirə salınıb.

Konqres qarşısında jurnalistlərin etiraz aksiyası da olub. Mətbuat nümayəndələri təqaüdçülərin aksiyalarını işıqlandıran və qurultay önündə nümayiş keçirən fotomüxbirin ağır xəsarət almasına etiraz ediblər.

Fəallar etiraz olaraq kameralarını konqres binasının dəmir barmaqlıqlarına asıblar .

Fotojurnalist Pablo Grillo təqaüdçülərin nümayişini işıqlandırarkən təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı başına gözyaşardıcı qaz balonunun dəyməsi nəticəsində ağır yaralanıb və xəstəxanaya aparılıb.

Mətbuat azadlığı təşkilatları hadisəni pisləyərək, günahkarları məsuliyyətə cəlb etməyə və jurnalistləri daha yaxşı müdafiə etməyə çağırıblar.

Mövsüm

Aznews.az