- Dünyanın halı
- 19 Mart 19:34
- 981
İsrail ordusu Qəzzada quru əməliyyatlarını bərpa edib

İsrail ordusu Qəzzada quru əməliyyatlarını bərpa edib.
Aznews.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, İsrail tərəfi yenidən anklavın mərkəzindəki Nesarim dəhlizini nəzarətə götürüb.
“Müdafiə zonasını genişləndirmək və zolağın şimalı ilə cənubu arasında xətt yaratmaq məqsədi ilə Qəzzada məhdud quru əməliyyatına başladıq”, - məlumatda bildirilib.