- Dünyanın halı
- 19 Mart 21:39
- 866
İtaliya Suriyadakı layihələrə 50 milyon avro sərmayə qoyacaq

Suriyada illərlə davam edən vətəndaş müharibəsindən sonra ölkədə iqtisadiyyatın bərpası və yenidən qurulması üçün addımlar atılır.
Beynəlxalq münasibətlərdə də əhəmiyyətli irəliləyiş müşahidə olunur.
İtaliya Suriyaya qarşı sanksiyaların dayandırılmasını dəstəkləmək və ölkənin yenidən qurulmasına töhfə vermək üçün 50 milyon avro sərmayə qoymağa hazır olduğunu açıqlayıb.
İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ölkəsinin Suriyaya qarşı sanksiyaların dayandırılmasını dəstəkləyən ilk ölkələrdən biri olduğunu bəyan edərək, Suriyadakı layihələrə 50 milyon avro sərmayə qoymağa hazır olduqlarını açıqlayıb.
Həmçinin bildirək ki, Tajani Romada Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşüb.
Mövsüm
Aznews.az