Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Cənubi Koreyanın Ulsan şəhəri və ətrafındakı meşə yanğınları ilə mübarizə aparan iki yanğınsöndürən həlak olub.

Yonhap xəbər agentliyinin məlumatına görə, güclü küləyin təsirli olduğu Ulsan şəhərində yerli vaxtla saat 15.26-da meşə yanğını başlayıb. Güclü küləyin söndürmə işlərini çətinləşdirdiyi yanğında iki yanğınsöndürən həyatını itirib.

Səlahiyyətlilər, sözügedən yanğınsöndürənlərin şəxsiyyətinin hələ müəyyən edilmədiyini və ölüm səbəblərinin araşdırılacağını bildirib.

Təxminən 290 hektara yaxın ərazini yandıran yanğının 60 faizinin nəzarət altına alındığını vurğulayan səlahiyyətlilər, yanğından zərər çəkən yüzlərlə insanın təhlükəsiz ərazilərə təxliyə edildiyini qeyd edib.

Səlahiyyətlilər, yanğını ilk xəbər verən şəxsin alovun ot biçərkən yaranan qığılcımdan qaynaqlandığını iddia etdiyini, lakin dəqiq səbəb müəyyən edilməzdən əvvəl yanğının tamamilə söndürülməsini gözlədiklərini söyləyib.

Ölkə üzrə 16 fərqli yerdə meşə yanğınları baş verdiyi bildirilir.

Mövsüm

Aznews.az