CBS: Rusiya və ABŞ-nin Ər-Riyad danışıqları ilə bağlı bəyanatı saat 12:00-da dərc olunacaq

Səudiyyə Ərəbistanının paytaxtında keçirilən məsləhətləşmələrdən sonra Moskva və Vaşinqtonun birgə bəyanatı Bakı vaxtı ilə saat 12:00-da dərc oluna bilər.

Bu barədə mənbələrə istinadən CBS telekanalı məlumat yayıb .

"Bəyanatın Vaşinqtonda səhər saat 4-də və Moskvada saat 11-də yayımlanması planlaşdırılır", - iki mənbə bildirib.

Bəyanatın təfərrüatları açıqlanmır, lakin kanalın mənbələri qeyd edir ki, ABŞ prezidenti Donald Trampın administrasiyasına ötürülən mesajlar “nikbin görünür”.

Mövsüm

Aznews.az