- Dünyanın halı
- 25 Mart 18:38
- 1 664
Cənubi Koreya Şimali Koreya təhdidlərinə qarşı "tam hazırlıq" əmrini verdi

Cənubi Koreyada impiçment tələbi rədd edildikdən sonra prezident səlahiyyətlərini icra edən Han Duk-soo Şimali Koreyanın bölgədə gərginliyi artıran hərəkətləri qarşısında orduya “tam hazır olmaq” əmrini verib.
Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən Han, Pxenyanın davam edən "hərbi təhdidləri" qarşısında ordunun ictimaiyyəti və onların dolanışıq vasitələrini qorumaq üçün "tam" hazır olmasına çağırıb.
Han xalqa müraciətində ABŞ prezidenti Donald Trampın yenidən vəzifəyə başlamasından sonra dəyişən iqtisadi və siyasi şərtlərə toxunub.
Xarici İşlər Nazirliyinə ABŞ və digər müttəfiqləri ilə əməkdaşlığı gücləndirmək üçün diplomatik səyləri artırmağı tapşırdığını qeyd edən Han, "Hazırda reallığa çevrilmiş ticarət müharibəsində milli maraqlarımızı təmin etmək üçün bütün bilik və bacarıqlarımı istifadə edəcəyəm" deyib.
Mövsüm
Aznews.az