BMT Rusiya-ABŞ Qara dəniz razılaşmalarını alqışlayır

BMT Rusiya, ABŞ və Ukrayna arasında Qara dənizlə bağlı razılaşmaları alqışlayır.

Bu barədə keçirilən brifinqdə dünya təşkilatının baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.

TASS onun sözlərindən sitat gətirir : "Biz açıq şəkildə alqışlanan iki bəyanat gördük" .

O, həmçinin qeyd edib ki, BMT Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsində iştirakı ilə bağlı hər hansı məlumatı paylaşmağı vaxtından tez hesab edir.

Mövsüm

Aznews.az