Cənubi Koreyada meşə yanğınları nəzarətdən çıxıb

Cənubi Koreya meşə yanğınları ilə sarsılır.

Nəzarətdən çıxan meşə yanğınları genişlənir.

Son məlumata görə, yanğınlar Şimali Gyeongsang əyalətinin Uiseong qraflığında təxminən 1300 illik Buddist məbədini məhv edib.

Meşə yanğınları qonşu Cheongsong qraflığına da yayılaraq daha çox təxliyələrə səbəb olub.

Koreya Meşə Təsərrüfatı Xidməti Seul üçün böhran xəbərdarlığı səviyyəsini "ehtiyatlılıqdan" " xəbərdarlığa" qaldırdı və yanğınlar yayılmağa davam etdiyi üçün ciddi milli fövqəladə vəziyyət elan edib.

Səlahiyyətlilər, gözlənilməz güclü külək və həddindən artıq quraqlıq səbəbindən meşə yanğınlarının "nəzarətdən çıxdığını" vurğulayıb.

Mövsüm

Aznews.az