BMT 1 milyondan çox Qəzzalı üçün aclıq təhlükəsi ilə bağlı xəbərdarlıq edib

İsrail humanitar yardımın daxil olmasına icazə verməsə, bir milyondan çox Qəzzalı qidasız qala bilər.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.

UNRWA özünün X (keçmiş Twitter) səhifəsində yazıb: “Qəzzada bir milyondan çox insan humanitar yardım və ərzaq çatdırılmasına icazə verilməsə, ərzaqsız qala bilər”.

UNRWA bildirib ki, davam edən mühasirə regionda humanitar böhranı daha da pisləşdirir və buna son qoyulmalıdır.

Mövsüm

Aznews.az