- Dünyanın halı
- 26 Mart 20:42
- 3 038
Cənubi Koreyada meşə yanğınları 24 nəfərin həyatına son qoyub

Cənubi Koreyanın cənub-şərqində baş verən meşə yanğınları nəticəsində azı 24 nəfər ölüb.
Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb .
“Onlarla yanğınsöndürən helikopter, 5000-ə yaxın canlı qüvvə və 560-a yaxın texnika səfərbər edilib”, - məqalədə deyilir.
Nəşrin məlumatına görə, güclü külək və quru hava meşə yanğınlarının söndürülməsinə mane olur. Hazırda yanğın 17 min hektar meşə sahəsini və 209 evi məhv edib. Bundan əlavə, yanğın 681-ci ildə tikilmiş qədim Kounsa məbəd kompleksini məhv edib.
Mövsüm
Aznews.az