Maduro ABŞ dövlət katibi Rubionu tənqid edib

Venesuela prezidenti Nikolas Maduro ABŞ dövlət katibi Marko Rubionu Qayana ilə ərazi münaqişəsi ilə bağlı təhdidlərə görə tənqid edib.

Bu barədə o, VTV kanalında bildirib .

"Marko Rubio Qayanadan Venesuelanı təhdid edərək çıxıb, amma heç kim xalqımızı təhdid edə bilməz. Bura Bolivarı azad edənlərin vətənidir", - Maduro bildirib.

Venesuela rəhbəri həmçinin qeyd edib ki, o, ABŞ dövlət katibinin təhdidlərini önəmsiz hesab edir.

Mövsüm

Aznews.az