Şimali Koreya bu dəfə təəccübləndirdi... Cənubi Koreya və ABŞ narahatlığını ifadə edir

Hər zaman ballistik raket və nüvə silahı proqramı ilə gündəmdə olan Şimali Koreyadan diqqətçəkən bir addım gəldi.

Şimali Koreyanın rəsmi mətbuatında yer alan açıqlamaya görə, ölkə lideri Kim Çen In müdafiə sənayesi təşkilatlarını təftiş edib və rəsmilərdən ən son inkişaf etdirilən silah sistemləri haqqında məlumat alıb.

Xəbərdarlıq və nəzarət təyyarəsi olduğu düşünülən təyyarəyə minən və ilk dəfə fotoşəkilləri yayımlanan Kim, süni intellektin dəstəklədiyi kamikadze dronlarının sınaqlarına da qatılıb.

Kim həmçinin yeni tip strateji kəşfiyyat PUA-nı da təftiş edib.

Kim buradakı çıxışında ordunun pilotsuz uçuş aparatları və süni intellekt texnologiyaları ilə modernləşdirilməsi ilə bağlı göstərişlər verərək, "Bu texnologiyaların müasir müharibənin tələblərinə uyğun olaraq sürətli və uzunmüddətli inkişafının təşviq edilməsi vacibdir", - deyə qeyd edib.

Yeni siqnal qarışdırma və hücum sistemlərinin istehsalına başlanmasından məmnunluğunu da dilə gətirən Kim, "Müasir texnologiya ilə inkişaf etdirilən xüsusi maşınlarımız potensial təhlükələrin izlənilməsi və həyati əhəmiyyətli kəşfiyyat məlumatlarının toplanmasında böyük rol oynayacaq. Bu vasitələr düşmən hədəflərini zərərsizləşdirmək qabiliyyətinin artırılmasına da töhfə verəcək" ,-deyə vurğulayıb.

Mövsüm

Aznews.az