HƏMAS İd əl-Fitr bayramında atəşkəs üçün bir neçə girovu azad edəcək

HƏMAS Qəzza zolağında İd əl-Fitr bayramı müddətində atəşkəs üçün bir neçə girovu azad edə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Mənbələrin məlumatına görə, HƏMAS İd əl-Fitr bayramı zamanı atəşkəs müqabilində bir neçə girovu, o cümlədən ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksanderi azad etməyə hazırdır.

Bildirilib ki, fələstinlilərin Qəzzada HƏMAS-ın idarəçiliyinə qarşı keçirdikləri etirazları yatırmaq üçün radikallara bir neçə günlük atəşkəs lazımdır.

Xatırladaq ki, Ramazan ayında ərəb ölkələrində orucluq bitdikdən sonra İd əl-Fitr bayramını qeyd edirlər.