Tonqa sahillərində 7,1 bal gücündə zəlzələ baş verib

Okeaniyada, Tonqa Krallığının sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb və sunami təhlükəsi var.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Dərc edilən məlumatlara görə , zəlzələ təxminən 1700 nəfər əhalisi olan Haapai adalarının Panqai şəhərindən 90,5 km cənub-şərqdə baş verib; itkilər barədə məlumat verilməyib.

ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) ilkin parametrlərin sunami riskinin olduğunu göstərdiyini bildirib. Zəlzələnin episentrindən 300 km radiusda dalğalar mümkünlüyü ifadə edilib.

Mövsüm

Aznews.az