- Dünyanın halı
- 30 Mart 20:18
- 6 015
BMT rəsmisi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
.jpg)
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib.
Aznews.az xəbər verir ki, Vladanka Andreyeva bu barədə "X"dəki hesabında yazıb.
“Sizə və ailənizə sülh, sevinc və yeni ümidlər arzulayıram. Gəlin hamı üçün daha inklüziv, ədalətli və davamlı gələcək qurmaq üçün birlikdə işləməyə və həmrəylik nümayiş etdirməyə davam edək.
Ramazan bayramınız mübarək!”, - BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi qeyd edib.