Hindistanda fişəng fabrikində partlayış baş verib: 17 nəfər ölüb

Hindistanın Qucarat ştatında günorta saatlarında fişəng fabrikində güclü partlayış baş verib.

Partlayış nəticəsində yaranan yanğın fabrikin bir hissəsinin dağılmasına səbəb olub. Səlahiyyətlilər hadisə nəticəsində 17 nəfərin öldüyünü bildirib.

Mövsüm

Aznews.az