- Dünyanın halı
- 1 Aprel 21:44
- 2 447
Çin kosmosa internet sınaq peykini buraxıb

Çin kosmosa peyk internet texnologiyalarını sınaqdan keçirmək üçün istifadə olunacaq peyk göndərib.
Çinin Sinxua agentliyinin məlumatına görə, peyk ölkənin şimal-qərbindəki Ciuçuan Peyk Mərkəzindən "Uzun Yürüş-2D" daşıyıcı raketi ilə orbitə buraxılıb.
Planlaşdırılan orbital mövqedə yerləşdirilən peyk, genişzolaqlı internet bağlantılarının mobildən peykə ötürülməsi, yer və kosmik şəbəkələrin inteqrasiyası kimi peyk internet texnologiyalarını sınaqdan keçirmək və yoxlamaq üçün istifadə olunacaq.
Buraxılış "Uzun Yürüş" 567 raketləri ilə həyata keçirilib.
Mövsüm
Aznews.az