- Dünyanın halı
- 4 Aprel 15:55
- 1 880
Çin ABŞ mallarına 34 faizlik cavab rüsumları tətbiq edəcək

Çin hökuməti ABŞ -dən idxal edilən mallara 34% cavab rüsumunun tətbiqi barədə qərar qəbul edib.
Bu barədə “Global Times” qəzeti Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komissiyasına istinadən məlumat yayıb .
"Əlavə tariflər aprelin 10-dan qüvvəyə minəcək", - nəşrdə deyilir.
Bildirilir ki, aprelin 10-dan əvvəl göndərilən və mayın 13-dən gec olmayaraq Çinə daxil olan mallara rüsum tətbiq edilməyəcək. Komissiya ABŞ-ni tarif tədbirlərindən imtina etməyə və ticarət mübahisələrini məsləhətləşmələr yolu ilə həll etməyə çağırıb.
Mövsüm
Aznews.az