- Dünyanın halı
- 4 Aprel 15:57
- 2 255
Çin 11 ABŞ şirkətini etibarsız təşkilatlar siyahısına əlavə edib
.jpg.jpg)
Çin 11 ABŞ texnologiya şirkətini ixraca nəzarət siyahısına əlavə edib.
Bu barədə məlumat Çin Xalq Respublikasının Ticarət Nazirliyinin saytında dərc olunub .
“ÇXR-in milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq məqsədilə 11 təşkilatın etibarsız təşkilatlar siyahısına daxil edilməsi barədə qərar qəbul edilib”, - sənəddə deyilir.
Sanksiya siyahısına Skydio, BRINC Drones, Red Six Solutions, SYNEXXUS, Firestorm Labs, Kratos Unmanned Aerial Systems, HavocAI, Neros Technologies, Tactical Communications, Rapid Flight və Insitu şirkətlərinin daxil olduğu bildirilir.
Mövsüm
Aznews.az