Husilər ABŞ-nin “Harry Truman” təyyarədaşıyan gəmisinə yeni kütləvi zərbə endiriblər

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Amerikanın “USS Harry Truman” təyyarədaşıyan gəmisinə və Qırmızı dənizdə onu müşayiət edən gəmilərə növbəti hücuma keçib.

Bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya məlumat verib.

“Amerikanın ölkəmizə qarşı təcavüzünə cavab olaraq Yəmənin dəniz, raket və pilotsuz təyyarələri Amerikanın “Harri Truman” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Qırmızı dənizdə düşmənin hərbi gəmilərinə bir neçə qanadlı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib”, - hərəkatın sözçüsü husilərə məxsus Əl Məsirə telekanalında bildirib .

O, əlavə edib ki, hərəkat son 24 saat ərzində ikinci dəfə daşıyıcı qrupa hücum edib və zərbələr bir neçə saat davam edib.

Mövsüm

Aznews.az