- Dünyanın halı
- 15:17
- 944
Rusiya, Çin və İran Moskvada nüvə məsləhətləşmələri keçirəcək

Rusiya, Çin və İran arasında İranın nüvə proqramı üzrə üçtərəfli məsləhətləşmələr aprelin 7-8-də Moskvada keçiriləcək.
Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib .
Həftəlik brifinqdə diplomat aprelin 7-də və ya 8-də Moskvada daha bir üçtərəfli görüşün planlaşdırıldığını, bu görüşdə Rusiya, Çin və İranın nüvə problemi, “Birgə Hərtərəfli Fəaliyyət Planı və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi” ilə bağlı müxtəlif məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.
Mövsüm
Aznews.az