- Dünyanın halı
- 7 Aprel 20:06
- 1 001
Fransa və Misir arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb

Fransa prezidenti Emmanuel Makron rəsmi danışıqlar üçün Misirə səfər edib.
Misirin rəsmi agentliyi MENA-nın xəbərinə görə, Misir prezidenti Sisi və Fransa prezidenti Makron paytaxt Qahirədə İttihadiyyə sarayında görüşüb.
Görüş zamanı Sisi və Makron iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün birgə bəyannamə imzalayıblar.
İmzalanma mərasimindən sonra keçirilən birgə mətbuat konfransında Sisi Qahirə ilə Paris arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildiyini bildirib.
Çıxışında Fələstin məsələsinə də toxunan Sisi, "Fələstin məsələsində ədalətli həll tapılmadıqca, Yaxın Şərqdə sülh və sabitlik xəyal olaraq qalacaq" deyib.
Sisi qeyd edib ki, həmkarı Makronla Qəzzada atəşkəsə qayıtmağın vacibliyini vurğuladılar və fələstinlilərin öz torpaqlarından zorla köçürülməsinə dair bütün çağırışları rədd etməyə razılaşdıqlarını söylədilər.
Sisi, Makronla birlikdə İsrail işğalının Suriya ərazisində sona çatması lazım olduğunu vurğuladıqlarını ifadə edərək, Qəzzada atəşkəs əldə edildikdən sonra Qəzzanın yenidən qurulması üçün Qahirədə beynəlxalq konfrans keçirmək əzmində olduqlarını vurğulayıb.
Mövsüm
Aznews.az