- Dünyanın halı
- 7 Aprel 20:11
- 834
Cənubi Koreyada prezident seçkilərinin tarixi açıqlanıb

Cənubi Koreyanın Yonhap agentliyinin hökumətdəki mənbələrə istinadən verdiyi məlumata görə, sözügedən tarixin sabah baş nazir səlahiyyətlərini icra edən Han Duk-sunun sədrliyi ilə keçiriləcək kabinet iclasında təsdiqlənməsi gözlənilir.
Konstitusiya Məhkəməsinin impiçment qərarından sonra ölkədə ən geci 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir.
Tarix təsdiq olunarsa, seçki təqviminə görə, namizədlər ən geci mayın 11-nə kimi müraciət edəcəklər və seçki kampaniyaları mayın 12-də başlayacaq.
Yeni prezident 3 iyunda keçiriləcək seçkilərdən sonra vəzifəsinin icrasına başlayacaq.
Mövsüm
Aznews.az