Çin XİN Trampın 104% tariflərinə cavab olaraq tədbir görəcəyini bildirib

Çin hakimiyyəti ABŞ prezidenti Donald Trampın 104% tariflərinə cavab olaraq qəti tədbirlər görmək niyyətindədir.

Bunu keçirdiyi brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian deyib.

"Çin xalqının qanuni inkişaf hüquqları əlindən alına bilməz, Çinin suverenliyi, təhlükəsizliyi və inkişaf maraqları pozula bilməz. Biz qanuni hüquq və maraqlarımızı qorumaq üçün qəti və təsirli tədbirlər görməyə davam edəcəyik", - RİA Novosti diplomatdan sitat gətirir.

Bundan əlavə, Çin daxili istehlakı stimullaşdırmaq və bazarı sabitləşdirmək üçün tədbirləri müzakirə etmək üçün yüksək səviyyəli liderlərlə görüş keçirməyi planlaşdırır.

Mövsüm

Aznews.az