- Dünyanın halı
- 9 Aprel 20:38
- 2 502
İsrail ordusu Qəzzaya hücum edib; ölənlər var

İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağının şimalında yaşayış məntəqəsinə endirdiyi zərbə nəticəsində təxminən 23 nəfər həlak olub.
Bu barədə “The Guardian” səhiyyə rəsmilərinə istinadən məlumat yayıb.
Əl-Əhli xəstəxanasından bildiriblər ki, ölənlər arasında səkkiz qadın və səkkiz uşaq var. Zərbənin Şucaiyyə rayonunda dördmərtəbəli binaya dəydiyi bildirilib.
Bildirilib ki, İsrail ordusunun hədəfi Fələstinin Həmas qruplaşmasının "baş hərbçisi" olub.
Mövsüm
Aznews.az