- Dünyanın halı
- 10 Aprel 14:04
- 1 962
Çin XİN: Tarif və ya ticarət müharibəsində qaliblər yoxdur

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian tarif ticarət müharibəsində qaliblərin olmadığını bildirib.
"Bir daha vurğulamaq istədim ki, tarif müharibəsində və ya ticarət müharibəsində qalib yoxdur. Biz heç vaxt boş oturub Çin xalqının qanuni hüquq və mənafelərinin pozulmasına tamaşa etməyəcəyik", - Jian brifinqdə deyib.
O, həmçinin qeyd edib ki, əgər ABŞ tarif müharibəsi və ticarət müharibəsi başlatmaqda israr edərsə, Çin sona qədər gedəcək. Onun sözlərinə görə, ABŞ tarifləri tətbiq etməklə bütün dünyaya meydan oxuyur və onunla qarşıdurmaya girir.
Mövsüm
Aznews.az