- Dünyanın halı
- 10 Aprel 22:17
- 3 013
Konqo çayında qayıq aşıb, 50 nəfər ölüb

Konqo Demokratik Respublikasının (KDR) Ekvator əyalətində Konqo çayında qayığın çevrilməsi nəticəsində azı 50 nəfər ölüb.
Qırmızı Xaç Ekvatoriya regionunun rəhbəri Maitre Kolomba Mampunia milli televiziya kanalı RTNC-yə bildirib ki, Ekvator əyalətinin Mayita şəhəri yaxınlığında Konqo çayında qayığın çevrilməsi nəticəsində azı 50 nəfər ölüb.
Ölənlərin sayının artacağı ilə bağlı qorxular olsa da, bölgədə axtarış-xilasetmə işləri davam edir.
Ölkədə kifayət qədər asfalt yollar olmadığından nəqliyyat üçün ümumiyyətlə çay və göllərdən istifadə olunur.
Xüsusilə mövsümi yağışların çox olduğu dövrlərdə baş verən bu tip qəzalar qayıqlara texniki qulluq göstərilməməsi, onların tutumundan daha çox yük və sərnişin daşıması səbəbindən baş verir.
Mövsüm
Aznews.az