- Dünyanın halı
- 11 Aprel 15:53
- 2 377
Vanq Yi: Birləşmiş Ştatlar tarif dəyənəyini hər yerdə yelləyir

ABŞ yeni ticarət tarifləri tətbiq etməyə davam edərkən ehtiyatsız davranır və beynəlxalq vəziyyətin sabitliyinin pozulmasına töhfə verir.
Bu barədə aprelin 11-də Çinin xarici işlər naziri Vay Yi MAQATE-nin direktoru Rafael Qrossi ilə görüşündə bildirib.
"Son günlər ABŞ hər yerdə tarif dəyənəklərini yelləyir, öz maraqlarını açıq şəkildə bütün ölkələrin ümumi maraqlarından üstün tutur və çoxtərəfli ticarət sisteminə və müəyyən edilmiş qaydalara həyasızcasına məhəl qoymur", - nazir bildirib.
Vanq Yi əlavə edib ki, ABŞ özbaşına hərəkət edə bilməz və beynəlxalq ictimaiyyət ticarət tariflərinin tətbiqinə cavab verməlidir.
Mövsüm
Aznews.az