- Dünyanın halı
- 11 Aprel 20:50
- 2 046
Husilər Qırmızı dənizdə ABŞ gəmilərinə zərbələr endirib

Yəmən husiləri Qırmızı dənizin şimalında ABŞ-nin “Harry Truman” təyyarədaşıyan gəmisinə və ABŞ-nin hərbi gəmilərinə zərbələr endirib.
Bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.
“Yəmən silahlı qüvvələri Qırmızı dənizin şimal hissəsində Amerikanın “Harri Truman” aviadaşıyıcısına və düşmənin hərbi gəmilərinə zərbələr endirib”, - telekanal aydınlıq gətirib.
Təyyarədaşıyan gəmiyə hücum bir neçə saat davam edib və qanadlı raketlər və dronlardan istifadə edilib.
Mövsüm
Aznews.az