- Dünyanın halı
- 11 Aprel 22:27
- 2 849
Çin Myanmaya 137 milyon dollar yardım göndərib

Myanmada martın 28-də 7,7 və 6,4 bal gücündə zəlzələlər baş vermişdi.
Zəlzələlərdən sonra başlayan axtarış və humanitar yardım işləri xarici ölkələrin dəstəyi ilə davam edir.
Çinin Myanmadakı səfirliyi Myanmaya 1 milyard yuan (137 milyon dollar) dəyərində təcili humanitar yardım göstərəcəyini açıqlayıb.
Bildirilib ki, yardım təcili ehtiyac duyulan ərzaq, dərman və yığma evlər, eləcə də tibbi, epidemiyanın qarşısının alınması və fəlakətlərin qiymətləndirilməsi üzrə ekspert qruplarına sərf olunacaq.
Çin zəlzələdən sonra Myanmaya onlarla tibb işçisi, zəlzələ mütəxəssisi və xilasetmə qrupları göndərib. Çin Qırmızı Xaç Cəmiyyəti təqribən 1,5 milyon yuan (206 min dollar) pul yardımı göstərib.
Zəlzələlərdə minlərlə bina uçub, ən azı 3649 nəfər həyatını itirib, 5018 nəfər yaralanıb. Bir çox insan qida, su və sığınacaq ehtiyaclarını ödəyə bilmir.
Mövsüm
Aznews.az