Mixail Qusman: Azərbaycan yüksəksəviyyəli iştirakla Antalya Diplomatik Forumunun əhəmiyyətini daha da artırdı

Azərbaycan yüksəksəviyyəli iştirakla Antalya Diplomatik Forumunun (ADF) əhəmiyyətini daha da artırdı.

Bu fikirləri Türkiyədə keçirilən 4-cü Antalya Diplomatiya Forumuna qatılan TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

O deyib ki, ADF ildən-ilə daha daha da təkmilləşərək, dünyada baş verən əksər problemlərin həllinə toxunur: “İlk növbədə onu deməliyəm ki, forumun bu ilki devizi - “Parçalanan dünyada diplomatiyaya yiyələnmək”, qürur hissi doğurur. Onlarla dövlət başçılarının, yüzlərlə nazir və diplomatıarın, minlərlə diplomatiya sahəsində ixtisaslaşmış kadrların və eləcə də bu sahəyə maraq göstərən təhsilli gənslərin qatılması, dünyada həlli tələb olunan vacib məsələlərin gündəmə gətirlməsi bu tədbirin beynəlxalq əhəmiyyətini yüksəldir. Mən forumun açılışında Ərdoğanı diqqətlə dinlədim, dünyada baş verən bütün kritik məsələlərin hamısına toxundu ki, bunlar da çox vacib nüanslardır”.

M.Qusman bu gün ADF-də keçirilən “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” başlıqlı platformada Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin iştirak edəcəyini vurğulayaraq bildirib ki, Qafqazda sülhün bərqərar olması üçün bu formatda görüşlərə çox ehtiyac var: “Bu da onu deməyə əsas verir ki, günümüzdə həllini gözləyən nə qədər aktual məsələlərin burada səsləndirildiyini bir daha təsdiq edir”.