NHK: Yaponiya-ABŞ tarif danışıqlarının birinci mərhələsi aprelin 17-də baş tutacaq

Amerika lideri Donald Trampın idxal tariflərinin tətbiqi ilə bağlı ABŞ və Yaponiya arasında danışıqlar aprelin 17-də Vaşinqtonda başlayacaq.

Bu barədə Yaponiyanın NHK kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, görüşdə ABŞ-nin maliyyə naziri Skott Bessent, danışıqlarda isə Yaponiyanın iqtisadi bərpa naziri Ryosey Akazava iştirak edəcək.

"ABŞ-nin tarif tədbirlərinə gəlincə, İqtisadiyyatın bərpası üzrə dövlət naziri Akazava ilə maliyyə naziri Bessent arasında ilk görüş Yaponiya vaxtı ilə bu ayın 17-də Vaşinqtonda planlaşdırılır", - telekanalın hesabatında deyilir.

Mövsüm

Aznews.az