- Dünyanın halı
- 14 Aprel 15:12
- 2 569
Tacikistanda zəlzələ nəticəsində 94 yaşayış binası dağılıb

Tacikistanın iki rayonunda zəlzələlər nəticəsində 94 yaşayış binası tamamilə dağılıb, Uşturpast kəndində bir uşaq ölüb.
Bu barədə ölkənin Fövqəladə Hallar Komitəsi məlumat yayıb.
Qeyd edək ki, bir gün əvvəl ölkənin şərqində silsilə zəlzələlər baş verib.
İlkin məlumatlara görə, Rəşt bölgəsində 40 yaşayış binası tamamilə dağılıb, beş bina isə qismən zədələnib.
Tacikabad rayonunda 54 yaşayış binası tamamilə dağılıb, 45 binaya qismən ziyan dəyib, 61 yaşayış binasına və orta təhsil müəssisəsinin iki binasına cüzi ziyan dəyib. 196 yardımçı tikili tamamilə, üç çayxana və bir tibb müəssisəsi qismən zədələnib.
Mövsüm
Aznews.az