AK Fələstinlilər üçün 1,6 milyard avroluq yardım proqramı hazırlayır

Avropa Komissiyası (AK) Fələstin Milli Administrasiyasına (PNA) 1,6 milyard avroluq yardım proqramı hazırlayıb.

Bu barədə AK rəsmi saytında məlumat yayıb.

“Bu gün Aİ və Fələstin Muxtariyyəti arasında yüksək səviyyəli ilk siyasi dialoq münasibəti ilə Avropa Komissiyası Fələstinin bərpası və möhkəmliyini dəstəkləmək üçün dəyəri 1,6 milyard avroya qədər olan çoxillik hərtərəfli dəstək proqramı təklif edir”, - nəşr yazır.

Vəsait xidmət sektorunun maliyyələşdirilməsi, İordan çayının qərb sahilində vəziyyətin yenidən qurulması və sabitləşdirilməsi, özəl sektorun dəstəklənməsi üçün ayrılacaq. Çoxillik kompleks proqram 2025-2027-ci illər üçün nəzərdə tutulub.

Mövsüm

Aznews.az