Dominikan Respublikasında Rusiya səfirliyi açılıb

Dominikan Respublikasında Rusiya səfirliyi açılıb.

Bu barədə diplomatik nümayəndəlik özünün Telegram kanalında məlumat yayıb.

Məlumata görə, bir gün əvvəl Rusiya Federasiyasının Dominikan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksey Seredin etimadnaməsinin surətlərini respublika Xarici İşlər Nazirliyinin rəhbəri Roberto Alvarezə təqdim edib.

Rusiya Xarici İşlər Nazirliyi də öz növbəsində səfirliyin kanalının sosial şəbəkələrdə qeydiyyata alınmasını alqışlayıb.

Mövsüm

Aznews.az