Pakistanda polis yük maşınının partlaması nəticəsində 3 nəfər ölüb

Pakistanın Bəlucistan əyalətində polis yük maşınının partladılması nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bu barədə "Geo" televiziya şirkəti məlumat yayıb .

"Şəmsabad ərazisində avtomobilə hücum edilib, nəticədə 16 sərhəd polisi yaralanıb", - məlumatda deyilir.

Televiziya şirkətinin məlumatına görə, Bolan Tibb Kompleksi Xəstəxanası və mülki xəstəxanada fövqəladə vəziyyət elan edilib.

Mövsüm

Aznews.az