Tramp Çini Boeing müqaviləsini ləğv etdiyinə görə tənqid edib

ABŞ prezidenti Donald Tramp Çin hökumətinin ölkə aviaşirkətlərinin Amerikanın Boeing korporasiyasından təyyarə almasına qadağa qoymasını tənqid edib.

“Maraqlıdır ki, onlar sadəcə olaraq Boeing ilə bağlanmış böyük sövdələşmədən geri çəkilib, tam hazır təyyarələri “qəbul etməyəcəklər””, Tramp Truth Social-da yazıb.

Amerika lideri həmçinin vurğulayıb ki, “fermerlər hər zaman ticarət danışıqları və ya bu halda ticarət müharibəsi olanda Çin kimi düşmənlərlə cəbhə xəttindədir” və Tramp onların maraqlarını qoruyacağına söz verib.

Mövsüm

Aznews.az