Kim Çen In Pxenyanda 10 min mənzilli yeni yaşayış ərazisinin açılışını edib

Koreya Xalq Demokratik Respublikasının ( KXDR ) lideri Kim Çen In Pxenyanda 10 min mənzili olan yeni yaşayış məhəlləsinin açılışını edib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb .

Məqalədə deyilir: “Aprelin 15-də təntənəli şəraitdə 10 min mənzilli yaşayış binalarının – Hvason rayonunda mənzil tikintisinin üçüncü mərhələsinin başa çatması münasibətilə mərasim keçirildi.

KCNA-nın məlumatına görə, açılışda KXDR-in baş naziri Pak Thae Son və ölkə hökumətinin digər üzvləri də iştirak ediblər.

Mövsüm

Aznews.az