- Dünyanın halı
- 16 Aprel 19:54
- 5 465
İsrail Rusiya və Ukrayna arasında vasitəçi olmağa hazır olduğunu bildirib
İsrail Ukraynadakı münaqişənin lap əvvəlindən Moskva və Kiyevə vasitəçilik xidmətlərini təklif edib və hazırda tərəflərin barışdırılmasında rol oynamağa hazırdır.
Bu barədə İsrail Dövlətinin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Simona Qalperin danışıb.
O, Lenta.Ru-ya müsahibəsində deyib : “İsrail əvvəldən hər iki tərəf bizə müraciət edərsə, Rusiya və Ukrayna arasında barışığı asanlaşdırmağa hazır olduğunu bəyan edib".
Səfirin sözlərinə görə, Rusiya və Ukrayna hakimiyyət orqanları hələlik belə bir xahişlə İsrail rəhbərliyinə müraciət etməyiblər. Eyni zamanda, İsrail tezliklə münaqişənin həll olunacağına ümid etməkdə davam edir.
Mövsüm
Aznews.az