ABŞ-nin Yəmənə hücumu nəticəsində ölənlərin sayı 58-ə çatıb

Yəmənin Ras İsa neft limanına ABŞ hərbçilərinin hücumu nəticəsində ölənlərin sayı 58-ə çatıb.

Bu barədə “Al Mayadeen” Yəmənin “Ənsar Allah” (husilər) radikal hərəkatının nəzarətində olan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

"ABŞ-nin Ras İsa obyektinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb", - departament bildirib.

ABŞ-nin hücumu nəticəsində daha 126 nəfərin yaralandığı qeyd edilir.

Mövsüm

Aznews.az