Husilər ABŞ-nin “Carl Vinson” təyyarədaşıyan gəmisinə ilk hücumu həyata keçirib

Yəməndə husilər iki hücum həyata keçiriblər - Ben Qurion hava limanı yaxınlığındakı hərbi hədəfə və ABŞ-nin "Harry Truman" və "Carl Vinson" təyyarədaşıyan gəmilərinə və Qırmızı və Ərəb dənizlərində onlarla əlaqəli döyüş gəmilərinə.

Bu barədə Ənsar Allah hərəkatının Siyasi Bürosu məlumat yayıb.

Silahlı Qüvvələrin sözçüsü, briqada generalı Yəhya Saria verdiyi açıqlamada, raket qüvvələrinin Zülfiqar ballistik raketi ilə Yaffa bölgəsindəki hava limanı ərazisində hədəfi vurmaq üçün əməliyyat həyata keçirdiyini bildirib.

"Raket qüvvələri, pilotsuz təyyarələr və dəniz qüvvələri ABŞ-nin "Harry Truman" və "Carl Vinson" aviadaşıyıcılarına, eləcə də onların Qırmızı və Ərəb dənizlərindəki hərbi gəmilərinə hücum etmək üçün ikili hərbi əməliyyat keçirib", - hərəkatın saytında deyilir .

Mövsüm

Aznews.az