İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb

İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.

Seysmik hadisə Filippinin 105 min insanın yaşadığı Mati kəndindən 321 km aralıda baş verib. Zəlzələnin ocağı 118 km dərinlikdə olduğu dəqiqləşdirilir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Həmçinin sunami təhlükəsi elan olunmayıb.

Mövsüm

Aznews.az