Vanq Yi: ABŞ tariflər tətbiq etməklə özünü təcrid etdi

Tariflərdən sui-istifadəyə görə ABŞ özünü dünya ictimaiyyətindən təcrid edib və xalqın dəstəyini itirib.

Bu barədə Çinin xarici işlər naziri Vanq Yi iranlı həmkarı Abbas Əraqçi ilə görüşündə bildirib.

"Bugünkü dünya xaosla doludur. ABŞ tariflərdən sui-istifadə etməklə xalqın dəstəyini itirib və özünü beynəlxalq ictimaiyyətdən təcrid edib. Beynəlxalq birlik həmişəkindən daha çox birləşməli və çoxtərəflilik prinsipinə möhkəm əməl etməli, həmçinin beynəlxalq münasibətlərin əsas normalarını qorumalıdır", - Çinli siyasətçi bildirib.

Vanq Yi Pekinin Tehranla əməkdaşlığı inkişaf etdirməyə və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT), BRİKS mexanizminin və digər təşkilatların rolunun artırılmasına birgə yardım etməyə hazır olduğunu vurğulayıb.

Mövsüm

Aznews.az