- Dünyanın halı
- 19:33
- 922
Pakistan Hindistanın hərbi məsləhətçilərini Persona Non Qrata elan edib

Pakistanın Təhlükəsizlik Şurası Hindistanın Pahalqam şəhəri yaxınlığında terror aktından sonra ölkələr arasında gərginliyin artması fonunda Hindistanın müdafiə, donanma və hava qüvvələri üzrə müşavirlərini persona non qrata elan edib.
Bu barədə ölkənin baş naziri Məhəmməd Şehbaz Şərif aprelin 24-də Təhlükəsizlik Şurasının iclasında məlumat verib.
"Pakistan İslamabaddakı Hindistanın müdafiə, dəniz və hava qüvvələri müşavirlərini persona non grata elan edir. Onlara Pakistanı dərhal, lakin 30 aprel 2025-ci il tarixindən gec olmayaraq tərk etmək əmri verilib.
Pakistan həmçinin qeyd edib ki, Hindistanın Hind çayı su müqaviləsini birtərəfli qaydada dayandırmaq hüququ yoxdur. İslamabad Yeni Dehlinin bu cür hərəkətlərinin müharibə aktı kimi qiymətləndiriləcəyini vurğulayıb.
Mövsüm
Aznews.az