Netanyahu Azərbaycana səfər edəcək

İsrail mediası İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər edəcəyini açıqlayıb .

O, Azərbaycandakı təmasları çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Netanyahu İbrahim razılaşmalarından əlavə, Azərbaycanın vasitəçilik etdiyi Türkiyə ilə İsrail arasında Suriya danışıqlarını da müzakirə edəcək.

Bundan əlavə, Azərbaycanın İbrahim razılaşmalarına və müxtəlif təşəbbüslərə rəsmən sadiq qalacağı, görüş zamanı iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinin müzakirə olunacağı gözlənilir.

Əliyev aprelin əvvəlində eyni gündə prezident Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Əhməd əl-Şara ilə görüşüb.

Mövsüm

Aznews.az