ABŞ bir həftə ərzində Yəmən ərazisinə 260 zərbə endirib

ABŞ ordusu son bir həftə ərzində Yəmənə ən azı 260 zərbə endirib.

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi aprelin 24-də bu barədə məlumat verib.

Əl-Mayadeen Telegram kanalına görə, "Amerika düşməni bu həftə bombardmançı və digər təyyarələrdən istifadə edərək 260-dan çox reydlə mülki hədəfləri hədəf aldı", - deyə məlumatda bildirilir.

Həmçinin qeyd edilib ki, ABŞ-nin hücumlarının sayı 1200-ü ötsə də, “onların uğursuzluğu tamamilə göz qabağındadır”.

Mövsüm

Aznews.az