- Dünyanın halı
- 17:50
- 874
Hindistan və Pakistan arasında gərginlik artır: Pahalqam terrorunun arxasında kimlər var?

Pakistan Senatı Hindistanın bu ölkəni Kəşmirdəki terror hücumu ilə əlaqələndirmək cəhdinə qarşı yekdilliklə qətnamə qəbul edib.
Bu barədə Senatın X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) məlumat verilib.
Sənəddə deyilir: “Pakistan Senatı Pakistanı 22 aprel 2025-ci ildə Cammu və Kəşmirdə həyata keçirilən Pahalqam hücumu ilə əlaqələndirmək üçün edilən bütün qeyri-ciddi və əsassız cəhdləri rədd edir".
Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Darın təklif etdiyi qətnamədə qeyd edilir ki, dövlət öz suverenliyini və ərazi bütövlüyünü qorumağa qadirdir və buna görə də Hindistan tərəfinin istənilən təcavüzünə qəti şəkildə cavab veriləcək.
Mövsüm
Aznews.az